Stadionda partlayış: 5 ölü

13 Aprel 2018 08:38

Somalinin Barva şəhərində stadionunda yerli futbol komandalarının qarşılaşması zamanı partlayış baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 8 nəfər xəsarət alıb.

Ölənlərin sayının artacağı gözlənilir.

Polisin məlumatına əsasən, kustar üsulla hazırlanmış partlayıcı qurğu fəxri qonaqlar üçün nəzərdə tutulmuş tribunada yerləşdirilib.

Partlayış nəticəsində futbolçulardan heçkim xəsarət almayıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.

Milli.Az