Meksikada şəhər meri öldürüldü

13 Aprel 2018 08:35

Meksikanın Puebla ştatında Tlanepantla şəhərinin meri Xose Efrain Qarsiya öldürülüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə yerli polisin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, merin olduğu maşına digər maşından atəş açılıb.

Qarsiya xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkünolmayıb.

Milli.Az