Həmkəndlisinə atəş açdı – Şəmkirdə

12 Aprel 2018 23:59

Şəmkir rayonunda silahlı insident baş verib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Şəmkir rayonunun Qapanlı kəndində Elvin Əmiraslanov münaqişə zəminində həmkəndlisi Şamil Adamovu tüfənglə öldürəcəyi ilə hədələyib.

Onun ayağının yaxınlığına bir dəfə atəş açıb.

Şəmkir rayon polis şöbəsi əməkdaşları tərəfindən Elvin Əmiraslanov saxlanılıb. Ondan "İJ-16" markalı tüfəng götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az