Britaniya hökumətinə Suriyanın bombalamağa icazə verildi

12 Aprel 2018 23:22

Böyük Britaniyanın Nazirlər Kabineti krallığın Suriyaya mümkün zərbə endirilməsi aksiyasında iştirakına icazə verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə baş nazir Tereza Meyin sədrliyi ilə keçən iclasda qərar qəbul olunub.

Çərşənbə axşamı Britaniyanın baş naziri Tereza Mey bildirib ki, ABŞ prezidenti Donald Tramp və Fransa lideri Emmanuel Makron belə bir qənaətə gəliblər ki, beynəlxalq ictimaiyyət kimyəvi silahın tətbiqinə qadağanın dəstəklənməsi naminə Suriyaya ehtimal olunan hücuma reaksiya verməlidir.

Milli.Az