Suriya səmasında Rusiyanın “uçan radarları” peyda oldu – VİDEO

12 Aprel 2018 21:49

Suriya səmasında Rusiya ordusuna aid "uçan radarlar" və kəşfiyyat təyyarələri qeydə alınıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, videogörüntünü terrorçuların fəaliyyətinin monitorinqini aparan "Directorate 4" təşkilatı öz "Telegram" kanalında yayıb.

Həma vilayətinin üzərindən uçan təyyarələrin "İL-20" radio-elektron kəşfiyyat təyyarəsi və uzaq məsafəli radiolokasiya tuşlama sistemi olan "A-50U" hərbi təyyarəsi olduğu bildirilir.

Hələ fevral ayında, Rusiyanın Suriyadakı Hmeymim bazasına dörd "SU-35C" və  bir "A-50U" radiolokasiya təyyarəsi  göndərdiyi barədə xəbərlər yayılıb.

Uzaq məsafəli radiolokasiya aşkarlama və idarəetmə sistemi ilə təchiz olunmuş "A-50U"  təyyarəsi "İL-76" hərbi-nəqliyyat maşınının bazasında hazırlanıb.

Göyərtəyə quraşdırılmış çoxfunksiyalı radiotexnika kompleksi hava, su və quru hədəflərini aşkarlamağa,  hədəfləri ötürməyə və müttəfiq qüvvələrlə əlaqələndirməyə imkan verir.

Milli.Az