Razyana çayı arıqladırmı? – BUNU BİLMİRSİNİZ

12 Aprel 2018 21:25

Bir çox bitki çayının arıqlatma təsiri olduğu bilinir. Bunlardan biri də razyana çayıdır.

Milli.Az lent.az-a istinadən sizə razyana çayı haqqında məlumatı təqdim edir.

Çox şəfalı bir məhsul olan razyana çayının tərkibində bol miqdarda kalsium, fosfor, maqnezium, lif, potasium, A və C vitamini var. Detoks təsiri yaradan razyana çayının ən bilinən faydalarından biri də  arıqlamağa yardımçı olan bir məhsul olmasıdır. Razyana çayını mütəmadi içərək, qısa zamanda artıq kilolarınızdan qurtula, yağlarınızı əridə bilərsiniz. Bu çay həmçinin metobalizmanı da sürətləndirir və dərini təmizləyir.

Razyana toxumlarını isti suda dəmləyərək, sadə formada razyana çayı hazırlaya bilərsiniz. Hazırladığınız razyana çayını soyudaraq, qida dəyərinin istilik səbəbindən itməməsini də təmin edə bilərsiniz.

Razyana çayı ilə arıqlama üsulu

Lazım olanlar:

4 stəkan su
2 xörək qaşığı razyana toxumu

Hazırlanması:

Suyu qaynatdıqdan sonra içinə 2 xörək qaşığı razyana toxumu atın və ağzını bağlayaraq otaq istiliyində soyumasını gözləyin. Soyuduqdan sonra hazır hala gələn çayı içə bilərsiniz. Hazırladığınız razyana çayını istədiyiniz yerdə, istədiyiniz zaman içə bilərsiniz.

Bundan başqa, bir az razyana toxumunu təmiz suyun içərisində bütün gecə saxlayıb, səhər yuxudan durduqda ac qarına içə bilərsiniz.

Razyana çayı arıqlamağa necə kömək edir?

Razyana çayı təbii bir iştah bağlayıcıdır. Buna görə gündəlik istifadə edəcəyiniz bir stəkan razyana çayı uzun müddət tox qalmağınıza səbəb olacaq.
Razyana çayının özəlliklərindən biri metobalizmanı sürətləndirməsidir. Metobalizmanı sürətləndirən razyana çayı yağların çox daha sürətlə əridilməsini təmin edir.

Razyana çayı təbii bir detoks təsiri yaradır. Detoks təsiri ilə gün ərzində toplanan toksinlərin bədəndən atılmasını təmin edir.

Milli.Az