Yeni eşqə başlayan məşhur aktyor uzun zaman sonra ilk dəfə fotokameralarda

13 Aprel 2018 07:21

Hollivud ulduzu Bred Pitt adı 42 yaşlı rəssam Neri Oksmanla hallandıqdan sonra ilk dəfə kameralara tuş gəlib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 54 yaşlı aktyor beyzbol matçını izləyib. Əhvalı yüksək olan Bred sevimli "Oakland Athletics" komandasına azarkeşlik edib. 

Qeyd edək ki, Bredlə Nerinin 6 aydır ki, görüşdüyü deyilir. Üstəlik, cütlüyün münasibətlərini rəsmiləşdirdiyi də iddia edilir.

Milli.Az