Məşhur aktrisa Madrid küçələrində - FOTO

13 Aprel 2018 04:30

İspan ulduz Penelopa Kruz Madrid küçələrində görüntülənib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, 43 yaşlı aktrisa "Adoptive Son" mükafatlandırma mərasiminə qatılıb. Fotoqrafları görən Penelopa gülümsəyərək şəkillərinin çəkilməsinə şərait yaradıb. 

"Versace"dən cemper geyinən Kruz bu dəfə qara rəngə üstünlük verib. Yeri gəlmişkən Penelopa "Canni Versaçenin qətli" serial-antologiyasında Donatella Versaçenin obrazını canlandırır. 

Milli.Az