Yenə ayrıldılar...

13 Aprel 2018 00:45

"Fənəbağça"lı futbolçu Alper Potukla aktrisa sevgilisi Tuvana Türkay yenidən ayrılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə aktrisa İnstaqram hesabında yazıb. O, Alperdən hörmət və sayğıyla ayrıldığını bildirib.

Qeyd edək ki, cütlüyün münasibəti ötən ilin avqustda başlamışdı. Alperlə Tuvana otellərin birindən çıxarkən görüntülənmişdilər. Lakin ötən ilin dekabrında Potuk Tuvanaya xəyanət etdiyi üçün yollarını ayırmışdılar. Bir ay sonra isə cütlük ayrılığa dözə bilmədiyini və evlənməyə hazırlaşdığını bəyan etmişdi.

Milli.Az