Velosiped sürmək sonsuzluq yaradırmış

14 Aprel 2018 22:45

Velosiped sürmək kişilərin mayalandılrmaq qabiliyyətini azaldır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ və Fransadan olan tədqiqatçılar  veloyürüş zamanı qasıq nahiyəsində yaranan temperatur və təzyiqin kişilərin məhsuldarlığına mənfi təsir göstərir və onu 34% azaldır.

Buna görə də, ekspertlər ata olmaq istəyən kişilərə təmiz havada və günəşli havada hər həftə ən azı 1,5 saat gəzməyi məsləhət görürlər. Gün şüalarının altında orqanizmdə kişi məhsuldarlığına təsir göstərən D vitaminin səviyyəsi artır.
 
 Amerikalı alimlər həm də müəyyənləşdiriblər ki, spirtli içki və kofe kişi məhsuldarlığına təsir göstərmir. Onlar bu bəyanatı Amerika Reproduktiv Tibb Cəmiyyətinin iclasında səsləndiriblər.

Milli.Az