Kivinin faydaları

14 Aprel 2018 21:45

Kivi C vitamini ilə zəngin sitrus meyvəsidir. Bu möcüzəvi bitkidən bir çox xəstəliyə qarşı dərman kimi istifadə edilir. Astma və öskürəyə yaxşı təsir edir. İtaliyada aparılan araşdırmaya görə, həftədə 2 ədəd kivi yeyən uşaqlarda öskürəyi azaldır.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Tayvanda Tayvan tibb məktəbində aparılan araşdırmalar kivinin bağırsaq hərəkətlərini tənzimlədiyini və həzmi asanlaşdırdığını sübut edib. ABŞ-ın Bristol Universitetinin araşdırmaları isə kivinin tərkibindəki liflərin xərçəng xəstəliyinin qarşısını almaqda kömək etdiyini aşkar edib. Kivi hətta yuxunun keyfiyyətini də artırır. Tərkibində yüksək miqdarda kalsium olduğuna görə, yatmazdan 1 saat əvvəl yeyilən kivi daha rahat yuxuya getməyə səbəb olur, eyni zamanda ruh sağlığına da müsbət təsir göstərir.

Kivi aspirini belə əvəz etmək xüsusiyyətinə malikdir. Yəni gündə 1 aspirin içmək əvəzinə bir ədəd kivi yemək daha çox xeyirlidir. Kivi mədə ağrisi, ürək bulantısı və mədə qanaması kimi xəstəliklərdən uzaq olmağa da kömək edir.

Milli.Az