YouTube böyük miqdarda cərimə ödəyə bilər

14 Aprel 2018 23:15

İstehlakçı və gizliliklə bağlı QHT-lər YouTube-qarşı ciddi iddia ilə çıxış edir.

Milli.Az xeberler.az-a istinadən bildirir ki, onlar platformanın bu saytdan istifadə edən uşaqların şəxsi məlumatlarından reklam məqsədi ilə istifadə etiyini bildirir.

Bu səbəbdən də YouTube-u ABŞ Federal Ticarət Komissiyasına (FTC) şikayət ediblər.

20 fərqli uşaqla, gizlilik və istehlakçı hüquqları müdafiə edən qurumlarla birgə FTC-yə təqdim edilən şikayətdə məsələnin araşdırılması tələb edilir.

Qeyd edək ki, əgər FTC bu qanunu pozulduğunu sübuta yetirsə, onda Google milyardlarla dollar cərimə ödəyə bilər.

Hələlik bu barədə şirkətə rəsmi şəkildə heç bir şikayətin daxil olmadığını bildirən YouTube-un sözçüsü bu sahədə ciddi adımlar atdıqlarını deyib:

"Uşaqları və ailələri qorumaq bizim həmişə əsas vəzifə olub. Şikayəti diqqətlə nəzərdən keçirəcəyik və bununla bağlı məlumat təsdiqlənsə, ciddi tədbirlər görəcəyik. Ümumiyyətlə, YouTube uşaqlar üçün deyil. Məhz uşaqların istifadəsi üçün YouTube Kids adı tətbiqə böyük bir investisiya qoyduq və uşaqlara alternativ variant təklif etdik".

Milli.Az