Youtube'dan video və musiqi yükləmək üçün ən yaxşı 4 sayt

14 Aprel 2018 08:01

Bildiyimiz kimi Youtube ən məhşur sosial platformalardan biridir. Bəzən bir video və ya musiqi çox xoşumuza gəlir. Lakin hər zaman girib baxmaq imkanımız olmur. Biz də Technote olaraq, Youtube'dan video və ya musiqi yükləmək üçün əlavə proqrama ehtiyac qalmadan bu 6 sayt vasitəsilə rahatlıqla yükləyə bilməyiniz üçün bu məqaləni hazırladıq.

1. Onlinevideoconverter.com    

Milli.Az technote.az-a istinadən bildirir ki, yüksək sürətlə videoları və ya musiqiləri yükləməyə imkan verir.
Bir çox musiqi formatında (mp3, m4a, wma və s.) və video formatında ( mp4, mov, avi və s.) yükləmək imkanı var.
Video və Musiqinin keyfiyyətini artıraraq yükləyə bilərsiniz ( Səs və Görüntü keyfiyyəti ).
Eyni anda 6-7 dən çox yükləmə edə bilərsiz.
Kompüterdəki video-nu sayta ataraq musiqi halına çevirə bilərsiniz.
Videonun və ya musiqinin başlanğıc və son vaxtlarını qeyd edərək sadəcə həmin hissəni yükləyə bilərsiniz.
Instagram, Facebook, Vimeo, Dailymotion və s. kimi digər platformalardan da video/musiqi yükləyə bilərsiniz.
Limitsiz və qeydiyyat tələb etməyən bir saytdır.     

2. H2converter.com    

Yüksək sürətlə videoları və ya musiqiləri yükləməyə imkan verir.
Çox sadə və sürətli interfeysi var.
Videonun və ya musiqinin başlanğıc və son vaxtlarını qeyd edərək sadəcə həmin hissəni yükləyə bilərsiniz.
Limitsiz və qeydiyyat tələb etməyən bir saytdır.   

3. Convert2mp3.net     

Sadəcə Youtube, Dailymotion və Clipfish saytlarını dəstəkləyir.
Qismən daha az video/audio formatını dəstəkləyir
İlk 2 seçim qədər yüksək sürət vermir.    

4. Youtubemp3.to    

Video və Musiqinin keyfiyyətini artıraraq yükləyə bilərsiniz ( Səs və Görüntü keyfiyyəti )
2 və 3-cü saytlar kimi daha az format dəstəkləyir
Çox sadə və reklamsız interfeysi var.
Sadəcə Youtube-u dəstəkləyir

Milli.Az