”Facebook”un səhmləri bahalaşdı

14 Aprel 2018 07:31

Mark Zukerberqin ABŞ Konqresinin komitələrinin dinləmələrindəki çıxışına maliyyə bazarı müsbət reaksiya verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, M. Zukerberqin çıxışından sonra "Facebook"un səhmləri 4,5% bahalaşaraq 165,04 dollara çatıb. "Cambridge Anayltica" ilə bağlı qalmaqaldan sonra səhmlərin dəyəri aşağı düşmüşdü.

Xatırladaq ki, M. Zukerberq Konqresdə 5 saat ərzində ifadə verib.

Milli.Az