Cənubi Koreya millisinin 2018-ci il dünya çempionatına çıxmasına görə futbolçulara ayrılan mükafatın həcmi açıqlanıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, yerli federasiya yığma üzvlərinə 2.4 milyard von (2.24 mln dollar) ödədiyini bildirib. Dünya çempionatının seçmə mərhələsində ən azı 1 dəfə milliyə dəvət alan istənilən futbolçuya bu mükafatdan pay çatacaq.
Eyni zamanda futbolçular komandanın mundiala vəsiqə qazanmasında oynadığı rola görə 4 qrupa bölünəcək. Ən aparıcı oyunçular şəxsi büdcəsini 80 mln von (75 min dollar), 2-ci qrup 60 mln von (56 min dollar), 3-cü qrup 40 mln von (37 min dollar), son qrupa daxil olanlar isə 30 mln von (28 min dollar) zənginləşdirəcək.
Milli.Az