Dünya birinciliyində ilk medal

11 Aprel 2018 10:09

Tunisin Hammamet şəhərində keçirilən gənc taekvondoçular arasında dünya birinciliyi davam edir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, mundialın ikinci günü Azərbaycan yığması üçün uğurlu alınıb.

Həmyerlimiz Xanoğlan Kərimov komandamıza ilk medalı qazandırıb. Belə ki, 55 kq çəki dərəcəsində dayanq üzərinə çıxan idmançımız Almaniya, Livan, Argentina və Türkiyə təmsilçilərinə qalib gələrək, yarımfinala adlayıb. Finala vəsiqə uğrunda mübarizədə Çin Taypeyindən olan taekvondoçunu da mübarizədən kənarlaşdıran Xanoğlan həlledici qarşılaşmada iranlı rəqibinə məğlub olaraq, yarışı gümüş medalla başa vurub.

Yarış aprelin 13-də başa çatacaq.

Milli.Az