Ən yüksək və ən az maaş hansı şəhərlərdə verilir?

20 Avqust 2011 10:18

Milli.Az xəbər portalı "Zaman Azərbaycan"a istinadən bildirir ki, bankın "Qiymətlər və maaşlar" adlı hesabatı dünyanın 73 şəhərini əhatə edib. Belə ki, bankın araşdırmasına əsasən, dünyada ən yüksək maaş İsveçrənin Sürix şəhərində verilir. Siyahıdakı ikinci və üçüncü yerləri müvafiq olaraq, Cenevrə (İsveçrə) və Kopenhagen (Danimarka) şəhərləri tutur. 

Oslo (Norveç), Sidney (Avstraliya) və Stokholm (İsveç) şəhərlərində də işçilərə yüksək məvacib verilir. Qeyd edək ki, İstanbul şəhəri bu kateqoriyada 48-ci pillədə qərarlaşıb. UBS Norveçin paytaxtı Oslonu isə dünyanın ən bahalı şəhəri elan edib. Oslonu siyahıda Sürix şəhəri izləyir. Onu da bildirək ki, Sürix eyni zamanda dünyada alıcılıq qabiliyyəti ən yüksək olan şəhərdir. Bankın araşdırmasında Cenevrə dünyanın üçüncü ən bahalı şəhəri kimi göstərilib. İstanbul bahalı şəhərlər siyahısında 28-ci yerin sahibidir. 

UBS-nin hər üç ildən bir hazırladığı hesabata görə, dünyanın ən ucuz şəhərləri Bombey (Hindistan), Manila (Filippin) və Dehlidir (Hindistan). Araşdırmada Mumbay (Hindistan), Manila və Nayrobi (Keniya) dünyada ən aşağı maaş verilən şəhərlər kimi təqdim edilib.

Milli.Az