ABŞ konqresmenləri Barak Obamaya Azərbaycanı dəstəkləyən məktub göndəriblər

30 Mart 2010 15:17
Xarici İşlər Nazirliyindən Milli.Az xəbər portalına verilən məlumata görə, bu ilin fevralında konqresmenlərin köməkçilərinin Azərbaycana təşkil edilmiş səfəri bu təşəbbüsün reallaşmasında mühüm rol oynayıb. Məktubda deyilir ki, Azərbaycan Birləşmiş Ştatların strateji müttəfiqidir: "Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil edən Azərbaycan dünyəvi dövlətdir. Bu ölkədə xristianlar və yəhudilər üçün minilliklərə bərabər tarixi olan ibadət evləri də mövcuddur. Azərbaycan Xəzərin enerji resurslarını Amerika şirkətlərinin üzünə açıb və qlobal enerji təhlükəsizliyi üçün vacib oyunçudur".

Azərbaycanın beynəlxalq layihələrdə iştirakı xatırladılan məktubda göstərilir ki, "Azadlığa Dəstək" Aktına edilmiş 907-ci düzəliş ABŞ və Azərbaycan arasında müttəfiqliyə mane olur, Amerikanın milli maraqlarına ziddir: "Bundan başqa, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki vasitəçilik fəaliyyətini daha da fəallaşdırmalıdır".

Milli.Az