"Allah hamınızın bəlasını versin" - iki uşağını öldürüb intihar edən gəlinin məktubu - FOTO

10 Aprel 2018 20:01

Bu gün Türkiyədə gəlinin iki uşağını öldürüb, intihar etməsi barədə məlumat vermişdik.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Qaziantepdə ərinin valideynləri ilə birlikdə yaşayan 23 yaşlı Özlem K. iki övladını bıçaqlayaraq öldürüb, sonra 2-ci mərtəbədən özünü ataraq intihara cəhd edib.

Hadisəyə səbəb onun qayınanası ilə dalaşması olub. Xalası oğluna ərə gedən Özlem. K.-nın məktubu tapılıb. O, məktubda ərinə xitab edib.

"Məni həmişə alçaldıb, təhqir etdiniz. Mənə sevgini heç hiss etdirmədin. Sənə psixi durumumun pisləşdiyini dedim, xəstə olduğumu dedim, inanmadın. Anan məni həyatdan bezdirdi. Bundan sonra mənsiz xoşbəxt olarsınız. Mən yoxam artıq. Xoşbəxt olun. Anana da haqqımı halal eləmirəm. Allah hamınızın bəlasını versin. O, bir dünyada bunun heyfini sizdən çıxacam".

Emin
Milli.Az