Noutbuk bazarının lideri bilindi

21 Avqust 2011 16:03
Milli.Az xəbər portalı AFP-yə istinadən bildirir ki, ABŞ-ın "Apple" korporasiyası mobil kompüterlər satışı bazarının liderinə çevrilib. Şirkət aprel-iyun aylarında 13,5 milyon noutbuk istehsal edib. Korporasiyanın əsas rəqibləri olan HP və "Dell" isə müvafiq olaraq 9,7 milyon və 7,5 milyonluq nəticə göstəriblər.

"DisplaySearch" şirkətinin apardığı hesablamanın nəticələrinə görə, "Acer" 7 milyon kompüterlə 4-cü, "Lenovo" isə 5 milyon noutbukla 5-ci yerdədir.

2011-ci ilin II rübünün nəticələrinə görə, mobil kompüterlər bazarının inkişafı səngiyib.
Hazırda "Apple"nin birja kapitalizasiyası həcmi 341,5 milyard dollara çatıb və o, "Exxon Mobil" neft nəhəngini geridə qoyaraq ABŞ-ın ən böyük şirkətinə çevrilib.

Milli.Az