Putin 11 generalı işdən çıxardı

6 Aprel 2018 16:56

Rusiya Prezidenti Vladimir Putin ölkənin Daxili İşlər Nazirliyi, Federal İcra Xidməti, Fövqəladə Hallar Nazirliyi və İstintaq Komitəsinin strukturlarından 11 generalı vəzifədən azad edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, V.Putin bu barədə müvafiq fərman imzalayıb.

Fərmanda vəzifələrə yeni təyinatların da adları açıqlanıb.

Kadr dəyişikliklərinin səbəbi açıqlanmayıb.

Milli.Az