Fərqli dad: Soba kababının HAZIRLANMA QAYDASI

23 Aprel 2018 07:00

Həm asan, həm də çox ləzzətli bir axşam yeməyi hazırlamaq istəyirsinizmi? Milli.Az-ın ailem.az-a istinadən verəcəyi fərqli reseptlə buna nail olacaqsınız.

Soba kababı

Lazım olanlar:

Yarım kilo qıyma
1 dəstə cəfəri

1 ədəd yaşıl bibər

1 ədəd quru soğan
1 çay qaşığı istiot
1 çay qaşığı duz 
1 çay qaşığı kəklik otu 

Üzəri üçün: 

1 kartof
1 soğan
1 pomidor

Sousu üçün: 
 

2 xörək qaşığı tomat
Yarım stəkan duru yağ

Hazırlanması:

Cəfəri, bibər və soğan xırda doğranaraq ədviyyatlarla birgə qiyməyə qarışdırılır. Hazırlanan küftə nazik şəkildə soba qabına yayılır. Üzərinə dilimlənmiş kartof, soğan, pomidor qoyulur. Və hazırlanmış sous üzərinə tökülür. 

Əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada 40 dəqiqə bişirilir.

Nuş olsun!

Milli.Az