Təyyarəyə gecikən azərbaycanlı sərnişin qapını qırdı - VİDEO - FOTO

6 Aprel 2018 10:23

Moskvadan Bakıya gəlmək üçün Atatürk Hava limanı Beynəlxalq Terminalında gözləyən Rusiya vətəndaşı olan sərnişin təyyarəyə gecikdiyi üçün qapını qırıb.

Azərbaycan əsilli Elşad Hüseynzadə (45 yaş) saat 01:30-da Bakıya uçuşu planlaşdırılan sərnişin təyyarəsinin qalxmasına az qalmış hava limanında qapalı olan plastik qapını yumruq və təpikləyərək qırıb. Hüseynzadə qapını qıraraq təyyarəyə doğru qaçmağa başlayıb.

Olay barədə səlahiyyətlilər tərəfindən dərhal polisə məlumat verilib. Polis Rusiya vətəndaşı olan sərnişinin qarşısını ala bilib. Elşad nəzarətə götürülüb.

Onun ifadəsinin alındığı deyilir. İçkili olduğu iddia edilən sərnişin sərbəst buraxılıb.

Qeyd edək ki, Hüseynzadə THY-nin TK-416 saylı təyyarəsi ilə yerli vaxtla saat 23:45-də Moskvadan İstanbula gəlibmiş. 

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi