Övladın atasına itaət etməsi - İslamın qoyduğu vacib haqlardan biridir. Həzrət Əli (ə) buyurur: "Atanın haqqı odur ki, övladı Allah günahından savayı hər şeydə ona itaət etsin".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) atanın övladı üzərində olan haqqı barəsində buyurur: "Onu adı ilə çağırmayın. Ondan qabaqda yol getməyin. Ondan qabaqda əyləşməyin".
Bir nəfər əziz Peyğəmbərimizə (s) deyir: "Atam mənim malımı özününkü etmək istəyir". Həzrət (s) buyurur: "Sən də, malın da atanınkıdır".
Həzrət Peyğəmbər (s) buyurur: "Allahın razılığı - atanın razılığındadır. Allahın narazılığı - atanın narazılığındadır".
İmam Səccad (ə) buyurur: "Allah o kəsdən daha çox razı olar ki, ailəsini daha çox rifah və nemətdə qərar verər".
İmam Sadiq (ə) buyurub ki, kişi evini və ailəsini idarə etmək üçün 3 işi yerinə yetirməlidir. Baxmayaraq ki, xasiyyətinə uyğun olmasa belə: xoşrəftar olmaq, ölçüsündə əliaçıq olmaq, qeyrət və namusluluq.
İmam Sadiq (ə) buyurur: "Övladın ata üzərində üç haqqı vardır: onun üçün yaxşı ana seçmək, ona yaxşı ad qoymaq, tərbiyəsində səy göstərmək".
Allah Təala cəmi möminləri valideynin haqqını tanıyanlardan qərar versin
Milli.Az