Baş nazir cip əvəzinə mikroavtobusu seçdi

19 Avqust 2011 13:24
Milli.Az xəbər portalı "Bangkok Post"a istinadən bildirir ki, Taylandın yeni seçilmiş baş naziri Yinqlyuk Çinavat hökumətin ona ayırdığı zirehli "Range Rover" cipindən imtina edib. Baş nazir şəxsi "Volkswagen" mikroavtobusundan yararlanmağa üstünlük verib.

Çinavatın "Volkswagen"i Taylanda uğur gətirən maşın hesab olunur. Belə ki, maşının nömrə nişanındakı 1662 rəqəmi bu həftə milli lotereyada cek-pot rəqəmləri olub.

Sabiq baş nazir Abhisit Vetçaçiva, onun müavini Suthep Tauqsuban və XİN başçısı Kasit Pirom da əvvəllər zirehli ciplərdən istifadə edirdilər.

Milli.Az