Buffon Ronaldunu təbrik etdi: "Onlar Pele və Maradona kimidirlər" - VİDEO - FOTO

4 Aprel 2018 13:45

Çempionlar Liqası çərçivəsində keçirilən "Yuventus" - "Real Madrid" matçında Buffon Ronaldunu vurduğu qola görə təbrik edib.

Milli.Az xəbər verir ki, Cici portuqal ulduz haqqında bu sözləri deyib:

"Biz Ronaldunun əvvəlki kimi necə güclü oyunçu olduğunu bu gün bir daha gördük. O və Messi göstərdiyi futbolla hər oyunçunun yuxusuna belə girməyən zirvələrə qalxırlar.

Bu da onu deyir ki, onlar Pele və Maradona ilə müqayisə oluna biləcək səviyyədədirlər. Çünki həm Ronaldu, həm də Messi hər an tək başına oyunun taleyini dəyişməyi bacaran futbolçulardır".

Kamil Abbas
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Гол-шедевр от Криштиану Роналду