"Çelsi" ona 9 milyon funt təzminat ödəməli olacaq

3 Aprel 2018 18:33

"Çelsi"nin baş məşqçisi Antonio Konte mövsümün sonunda postunu tərk edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klub rəhbərliyi onunla yollarını ayıracağı halda 9 milyon funt ödəməli olacaq.

Ötən mövsüm Premyer Liqanın qalibi olan "zadəganlar" bu il istənilən səviyyədə çıxış etmir. 32-ci turda "Tottenhem"ə öz meydanına uduzandan (1:3) sonra komandanın Çempionlar Liqasına vəsiqə qazanması da sual altına düşüb. 

Milli.Az