Leonardo Di Kaprio supermaşın alıb - FOTO

19 Avqust 2011 22:01
Milli.Az xəbər portalı "Daily Mail"ə istinadən bildirib ki, dünyanın ən populyar aktyorlarından biri, Hollivud ulduzu Leonardo Di Kaprio Los-Anceles küçələrində "2012 Fisker Karma" avtomobilində görünüb. Hibrid mühərriklə təchiz edilmiş bu maşın 150 kilometr məsafəyə cəmi 3,5 litr benzin işlədir. Superkar 2 litrlik 16V mühəriiki ilə işləyir və 100 km/saat sürəti cəmi 5,9 saniyəyə əldə edir. Maşının maksimal sürəti 200 km/saatdır.

Elektrobatareyalarla işləsə də onu sürətli və güclü etmək üçün "Karma"nın ərsəyə gətirilməsinə milyardlarla dollar xərclənib.

Milli.Az