Milli.Az xəbər portalı Vanqa, Miller, Freyd, Nostradamus, Loff və digər müəlliflərin kitablarına əsasən, yuxunuzu yozmağa çalışacaq.
Döşəmə. Döşəmə yumaq- belə yuxu rəhbərliyə cavab qaytarmasanız və öz baxışınızda israr etməsəniz,eləcə də nüfuzlu adamların çatışmazlıqlarına göz yummasaniz işdə uğur vəd edir. Ayağınız altında döşəmənin ayrıldığını və yıxıldığınızı görmək kiminsə adınıza ləkə gətirmək üçün çox çalışdığından xəbər verir. Və hər şeydən göründüyü kimi, o buna nail olacaq.
Caynaq. Yuxuda sizə iyrənc, sürüşkən caynağın toxunduğunu hiss etmək sizə ağır və uzun xəstəlik vəd edir. Yuxuda dəniz kənarında gözəl şəhər görmüsünüz. Qəflətən sudan nəhəng, dəhşətli caynaqlar çıxır. Onlar hərətərəfdən şəhəri əhatə edirlər və onu sıxmağa başlayırlar. Binalar yumurta qabığı kimi çartlayır, şəhər tədricən daş və betondan ibarət kütləyə çevrilir, bir neçə an onun hissələrə parçalanmasına bəs edəcək. Belə yuxu mənəviyaytın və əxlaqın çökməsindən xəbər verir. Müasir dünyada əbədi həqiqətlərin qiymətdən düşməsi baş verir. İnsan Allah tərəfindən ona verilən qanunları pozarkən buna görə onu qaçılmaz qisas gözləyir.
Yalan. Yuxuda cəzalanmamaq üçün yalan danışırsınızsa, bu o deməkdir ki, həyatda günahsız insana qarşı ədalətsiz hərəkət edəcəksiniz. Dostunuzu haqsız cəzadan qorumaq üçün yalan danışmısınızsa, həyatda haqsız tənqidlərə məruz qalacağınıza, lakin irəli getməyə və hətta buna sevinə biləcəyinizə işarədir. Yuxuda başqalarının yalan danışdığını görmək o deməkdir ki, düşmənləriniz sizi tələyə salmaq istəyirlər.
Mağaza. Yuxuda öz mağazanızın yandığını görsəniz, bu, hansısa işə enerji və səylə başladığınıza və sizi xoş bir şeyin gözlədiyinə işarədir. Yuxuda univermaqdan mal almısınızsa, bu, dostlarınızın dəstəyi və öz səyləriniz hesabına işlərinizin tezliklə yüksək səviyyəyə qalxacağına işarədir. Yuxuda hansısa qadın üçün pambıq parçadan boz rəngdə əlcək almısınızsa, bu, qadın cinsinə qarşı münasibətinizin sizi çıxılmaz vəziyyətə salacağına işarədir. Əgər belə yuxunu qadın görübsə, bu, onun sevgilisinin onun haqqında çox da yüksək fikirdə olmadığına işarədir. Yuxuda özünü sərin və təmiz otaqda görmək rahat həyat tərzinə işarədir.
Milli.Az