Yevlaxda və Mingəçevirdə yağış fəsadlar törədib

31 Mart 2018 20:46

30-31 mart 2018-ci il tarixində respublika ərazisində yağan yağışlar nəticəsində Yevlax və Mingəçevir şəhərlərində bəzi ərazilər yağış suları ilə dolub.

Milli.Az Trend-ə istinadən bildirir ki, FHN-nin Aran Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparıblar. Əməliyyat başa çatıb.

Milli.Az