Gəncədə silsilə oğurluqlar edən şəxslər tutulub

31 Mart 2018 18:25

Gəncə şəhərində bir sıra oğurluqlar törədən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb ediliblər.

DİN-dən Milli.Az-a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayından cari ilin mart ayınadək olan müddətdə rayon ərazisində 17 avtomobildən güzgü, akkumulyator, maqnitofon, səsgücləndiricilər, 2 həyətyanı sahədən isə məişət əşyaları oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakinləri Nicat Cəlilov və Mayıl Həsənov saxlanılıblar.

Kəpəz RPİ-də cinayət işi başlanılıb.

Milli.Az