Şəmkirdə iki avtomobil toqquşdu: Ölən və yaralılar var

31 Mart 2018 09:33

Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Hərəkətdə olan "VAZ2104" markalı avtomoiblin başqa bir maşınla toqquşması nəticəsində "VAZ"-ın sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı isə xəstəxanaya çatdırılanda yolda ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma parılır.

Milli.Az