Şvartseneqqer ürəyindən əməliyyat olundu

30 Mart 2018 20:50

Arnold Şvartseneqqer ürəyindən təcili əməliyyat olunub.

Milli.Az-ın Trend-ə istinadən məlumatına görə, 70 yaşlı aktyor Los-Ancelesdə Sedars-Sinay tibbi mərkəzinə yerləşdirilib.

Əməliyyatın bir neçə saat davam etdiyi, hazırda keçmiş qubernatorun vəziyyətinin stabil olduğu deyilir.

Bu, aktyorun ilk əməliyyatı deyil. 1997-ci ildə onun aorta klapanı dəyişdirilib.

Milli.Az