İsrail Qəzza zolağını bombalayıb, 7 fələstinli ölüb, 500-ü yaralanıb

30 Mart 2018 17:51

İsrail hərbçilərinin HƏMAS-ın nəzarəti altında olan Fələstinin Qəzza zolağında aviazərbələr endirməsi nəticəsində 7 fələstinli ölüb, 500 nəfər isə yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı Qəzza zolağının Səhiyyə İdarəsi yayıb.

Bildirilib ki, Qəzza zolağı boyu sərhəddə fələstinli nümayişçilər təkərləri yandıraraq onu sərhəddəki İsrail hərbçilərinə doğru tullayıblar. 

Milli.Az