Ağır qol çantalarından yorulmusunuzmu? Cool bir duruş və rahatlıq artıq ön plandadır. Günümüzün stil ikonaları tərəfindən istifadə edilməyə başlayan bel çantaları dəbə yeni yön verməyə hazırlaşır.
Milli.Az ailem.az-a istinadən seçdikləri bel çantası modelləri ilə stillərini yeniləyən məşhurlarla sizi tanış edir.
Bella Hadid
Şıqlıq və rahatlığı eyni səviyyədə təmsil edən adların başında Hadidlərin kiçik bacısı, Bella Hadid gəlir. Bella ilk çıxdığından bəri bel çantalarının daimi müştərisidir. Qara rəngli bel çantaları isə əsas seçimidir.
Kaia Gerber
Bu adı qarşıda tez-tez eşidəcəksiniz. Cindy Crawfordun 17 yaşlı model qızı Kaia Gerber, küçə stili ilə tanınanlardan biridir. Gerber son zamanlarda demək olar ki, hər kombinini zəncirli, qara dəri bir bel çantası ilə tamamlayır.
Chiara Ferragni
Küçə stilinin kraliçası Chiara Ferragni qarderobuna bu klassik modeli əlavə edib.
Ece Sükan
Stil ikonası deyildiyində dünyada Türkiyəni təmsil edən bəlkə də tək ad Ece Sükandır. Sükan, eleqant stilini seçdiyi bu qara, balaca bel çantası ilə rəngləndirməyi uyğun görüb.
Milli.Az