Bu gün bədən tərbiyəsi və idman sosial inkişafın ən vacib və özünəməxsus bir sahəsinə çevrilmişdir. Korporativ komandaların futbola olan marağını görərək, məhz bu səbəbdən ASEP (Azfar Sport Events & Promotion) şirkəti ABL Cup 2017/18 turnirini təşkil etmişdir.
Biznes liqanın Yaz kuboku uğrunda mübarizəyə Azərbaycan Respublikası Təhsil Nazirliyi qatıldı. Komandaya gələcək oyunlarında uğurlar arzu edirik.
Qeyd edək ki, ABL Cup 2017/18 Yaz kuboku 7 aprel tarixində start götürür. Turnirin ən maraqlı məqamlarını qaçırmamaq üçün, turnirin rəsmi səhifəsini www.abl.az-da izləməyi unutmayın.
Yarışda iştirak üçün yerlərin sayı məhduddur. Daha ətraflı məlumatı təşkilatçının internet səhifəsi www.asep.az , eləcə də https://www.facebook.com/ASEPLLC/ səhifəsindən və ya +99412 4047339, +99450 2952129 nömrələri vasitəsilə əldə etmək olar.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Milli.Az