Türkiyədə avtomobil və mikroavtobus kanala düşdü: 8 ölü, 4 yaralı

30 Mart 2018 11:23

Türkiyənin Bayburt bölgəsində avtomobil və mikroavtobusun su kanalına düşməsi nəticəsində 8 nəfər ölüb, 4 nəfər yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Bayburt valisi Ali Hamza Pehlivan bildirib.

İran dövlət nömrə nişanl maşın Bayburt-Gümüşhane avtomobil yolunun Aydıntepe yolayrıcında kanalizasiya suyu üçün nəzərdə tutulan və tikilməkdə olan kanallın düşüb. Maşındakılar İran vətəndaşları olub. 

Onun ardınca Bayburt-Trabzon marşrutu üzrə hərəkət edən mikroavtobusun da həmin yerə düşməsi nəticəsində ikinci qəza baş verib. Kanalın dərinliyi 5 metrdir. 

Hadisə nəticəsində ölənlər Türkiyə və İran vətəndaşlarıdır. 

Qəzanın baş vermə səbəbi araşdırılır. 

Milli.Az