Bosfor boğazı bağlandı

30 Mart 2018 09:54

Bu gün səhər saatlarından başlayaraq Bosfor boğazı hərəkət üçün bağlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb hazırda müşahidə edilən sıx dumandır. Belə ki, duman səbəbindən görüntü 25 metrə qədər azalıb.

Məlumata görə, gəmilərin Bosfor boğazı ilə hərəkəti gün ərzində mümkün olmayacaq.

Milli.Az