Küçədə gəzən qadının başına krandan kərpic düşdü - FOTO

30 Mart 2018 12:17

Londonda küçədə gəzən qadının başına iş gəlib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, Kayla Boor adlı 29 yaşlı qadın küçədə gəzərkən başına kərpic düşüb.

Ağır bədən xəsarətləri alan qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə zamanı onun övladını məktəbə qoyduqdan sonra işə qayıtdığı məlum olub. Kərpiclər onun üzərinə krandan tökülüb.

Qadını xəstəxanaya hadisə şahidləri çatdırıblar.

Emin
Milli.Az