34 yaşlı Kristofer Linli və 27 yaşlı Melissa Vud intihar ediblər.
Onlar dəmiryol stansiyasının perronunda qucaqlaşaraq özlərini qatarın altına atıblar.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, faciə İngiltərənin Cənubi Yorkşir qraflığındakı Donkaster şəhərində, dəmiryol vağzalında yaşanıb.
Polisdən verilən məlumata görə, onlar qatara bilet alandan sonra perrona gediblər, bir müddət sonra intihar ediblər.
Milli.Az