Bakıda taksi gənc oğlanı vurub, onun hər iki ayağı sınıb

30 Mart 2018 08:42

Sabunçu rayonunda 1 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

1981-ci il təvəllüdlü Quliyev Elçin Mədət oğlu yolu keçmək istəyərkən onu "London taksisi" vurub. Yaralı taksi sürücüsü tərəfindən 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. 

Həkimlərin verdiyi məlumata görə, vurulan piyadanın hər iki ayağında açıq sınıq aşkarlanıb. Yaralı cərrahi əməliyyat olunub. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Milli.Az