"Aston Villa"nın hücumçusu Qabriel Aqbonlahor mövsümün sonunda klubu tərk edəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, rəhbərlik karyerasının 17 ilini Birmingem təmsilçisinə həsr edən 31 yaşlı futbolçunun müqaviləsini uzatmaq istəmir.
Bu mövsüm Championship-də 6 oyun keçirən forvard 1 qol vurub. "Aston Villa" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.
Milli.Az