"Cosplay Yarışması" keçiriləcək - VİDEO

29 Mart 2018 18:42

Cosplay nədir? 

Cosplay "costume" ve "play" sözlərinin birləşdirilməsi ilə əmələ gəlmiş, "kostyumlu səhnəcik/teatr" olaraq tərcümə olunur. Cürbəcür aksesuarlar və kostyumlar istifadə edərək, yapon cizgi filmləri olaraq bilinən anime, komiks, film, oyun, kitab və cosplay sənətçilərinin özlərinin yaratdığı personajları yamsıladığı kostyum və teatr sənətidir. 

AzeCON, Azərbaycanda ilk və tək Cosplay Konvensiyasıdır. Bu tədbir anime, manqa/komiks, kibersport və Yapon müasir mədəniyyəti ilə maraqlanan insanları böyük miqyasda bir araya gətirməyi hədəfləyir. Beləcə, AzeCON Azərbaycanın müxtəlif regionlarından eyni maraq sahəsinə malik hər yaşda insanların fikir mübadiləsi apardığı. Eləcə də, iştirakçılar sevdiyi oyun/film/animelərindəki sevimli personajlarının roluna bürünəbilər.

Konvensiyamızın tərkibində, anime, manqa, komiks, film, ədəbiyyat, oyunlarla bağlı təqdimat və satış standları, karaoke, rəqs meydançası, video klip çəkilişi, xüsusən cosplay sənətçiləri üçün fotosessiyalar və hamının həyəcanla gözlədiyi "Cosplay Yarışması" var!

Növbəti AzeCON, 15 Aprel Holiday İnn Otelində baş tutacaq. Təşkilatçı - Azerbaijan Anime Community (Azərbaycan Anime Cəmiyyəti). Giriş biletlidir https://iticket.az/events/azecon-the-galactic-journey

Rəsmi səhifələr

https://www.facebook.com/AzerbaijanAnimeCommunity/?ref=bookmarks
https://www.facebook.com/events/460192087650591/

Əlaqə nömrəsi və watsapp :  055 817 12 39
Facebook hesabi

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

В Баку пройдет красочный Косплей фестиваль Galactic Journey