"Ayaks"ın gənc hücumçusu Castin Kluvert karyerası ilə bağlı planlarından danışıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, yaxın keçmişin futbol ulduzu Partik Kluvertin oğlu kumirini də açıqlayıb.
"Kriştianu Ronaldunu bəyənirəm. Şübhə doğurmayan keyfiyyətlərindən başqa onun həyat və qidalanma rejimi, gərgin məşqləri də xoşuma gəlir. O, mənim üçün əsl nümunədir. Amma xəyallarımın komandası "Barselona"dır. Ora 7 il ərzində keçmək istərdim. amma bundan öncə İngiltərədə oynamaq fikrim var. Premyer Liqanı bəyənirəm".
Milli.Az