Tolik Sevil və Sevinci "yıxıb-sürüdü"

29 Mart 2018 14:50

Prodüser Tarix Əliyev (Tolik) müğənnilər Sevil və Sevinc Səfərova arasında mübahisə düşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, Tolik aparıcısı olduğu "Hər şey daxil" verilişində əkizlərlə küsülü olduğunu deyib:

"Əvvəl dost olmuşuq, indi "salamımız" yoxdur. O demək deyil ki, hər zaman onları tərifləməliyəm".

Tolik Sevil və Sevincin müğənni Damla haqqında dediyi "Damla paxıldır. İnsanın nə xeyrinə, nə də şərinə yarayır" sözlərinə münasibət bildirib:

"Damla Sevil Sevincə paxıllıq edən müğənnidir? Necə onu ittiham edə bilərlər? Səmimilikdən danışırlar. Amma Röya Ayxana görə mənimlə münasibəti korlayıblar. Məni sosial şəbəkədə siliblər. Bu, səmimilikdir?"

Milli.Az