Çin şirkəti "İnter"dəki səhmlərini satır

29 Mart 2018 20:45

"İnter"in 68.55% səhminə sahib olan Çinin "Suning Group" şirkəti hissələrini satmaq qərarına gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, çinlilərin bu qərara gəlməsinə səbəb "Financial fair play"lə bağlı çətinliklər və "nerazzurri"nin bu mövsüm Avrokuboklardan kənarda qalmasıdır. "Suning Group" səhmlərini 600 milyon avroya satmağı planlaşdırır. Klubun formal prezidenti Erik Tohir "İnter"in 31.05% səhmini öz əlində saxlayır.

O, idarəçilik işlərində ciddi rol oynaya bilmir. Bir müddət öncə Milan təmsilçisinin idman direktoru Valter Sabatini postunu tərk etmişdi. 

Milli.Az