Seks reqbidən yaxşıdır?
18 Avqust 2011 13:39
Milli.Az xəbər portalı "New Zealand Herald"a istinadən bildirir ki, Yeni Zelandiyanın reqbi üzrə yığma komandasının baş sponsoru "Telecom Corp." korporasiyası dünən başladığı piar aksiyanın uğursuzluğa düçar olduğunu etiraf edib.
Şirkət reqbi üzrə Dünya Kuboku ərəfəsində "All Blacks"in azarkeşlərinin fəallığını artırmaq üçün "Oyun naminə seksə fasilə ver!" aksiyasına başlamışdı.
Aksiya üçün hazırlanmış reklamların baş qəhrəmanı, reqbi üzrə yığma komandanın sabiq kapitanı Şon Fitspatrik vətəndaşlara müraciət edərək onları komanda üçün seksdən imtina etməyə çağırırdı: "Uzun 6 həftə ərzində yataqda heç nə etməməyə hazır olan insanlar gözəl vətənimizə qarşısına qoyduğu məqsədə çatmağa kömək edə bilər".
Lakin bu çağırışlar vətəndaşları qıcıqlandırıb. Yeni Zelandiyanın baş naziri Con Keyin dediyinə görə, bu kampaniya "rəzalət"dir. "All Blacks"in sabiq kapitanı Brayan Lokorp isə aksiyanı çox kobud sayıb.
Azarkeşlər yığmaya dəstək naminə seksdən imtina etmək istəmədiklərini deyiblər.
"Telecom Corp."un icraçı direktoru Alan Qurdi aksiya üçün vətəndaşlardan üzr istəyib.
Milli.Az