13:30
Bəzi kütləvi informasiya vasitələrində Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 10 ünvanında yanğın olması barədə məlumat yayılıb.
Bu barədə Milli.Az FHN-nin saytına istinadən məlumat verir.
Fövqəladə Hallar Nazirliyi bildirir ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Fövqəladə Hallar Nazirliyinə qeyd olunan ünvanda yanğın olması barədə müraciət daxil olmayıb.
---------
11:49
Yeni Yasamal 2 yaşayış massivində yerləşən 10 nömrəli binanın 9-cu mərtəbəsində yanğın baş verib. Küləyin təsiri ilə yanğın güclənib.
Milli.Az bizimyol.info-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğın söndürülüb. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yanğının səbəbi hələki məlum deyil. Əlavə məlumat veriləcək.
Hadisə yerindən fotoları təqdim edirik:
Milli.Az