Türkiyə Afrini yenidən qurur: xəstəxanalar, özünüidarə orqanları...

29 Mart 2018 10:08

Türkiyə Suriyanın Afrin bölgəsində 8 mindən çox ailəyə humanitar yardım göstərib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyə Afrindəki 8 xəstəxana və 11 poliklinikada tibbi xidmətlər göstərməyi də planlaşdırır.

Rəsmi Ankaranın, həmçinin bölgədə yerli özünüidarə orqanları formalaşdıracağı gözlənilir.

Xatırladaq ki, martın 18-də Türkiyə Silahlı Qüvvələri və "Azad Suriya Ordusu" Afrin şəhərini PYD və YPG terrorçularından azad ediblər.

Milli.Az