İspaniya yığmasından yeni rekord

29 Mart 2018 18:54

Futbol üzrə İspaniya yığmasının Argentina ilə yoxlama oyunundakı 6:1 hesablı qələbəsi Avropa təmsilçisi üçün yeni rekordla əlamətdar olub.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, bu ölkənin yığma komandası vaxtilə dünya çempionu olmuş kollektivlərlə görüşlərdəki ən böyük hesablı qələbəsini bayram edib.

Xatırladaq ki, bu məğlubiyyət Argentina yığması üçün də antirekordla yadda qalıb. Belə ki, 1:6 bu komandanın tarixində ən böyük hesablı məğlubiyyətdir. Argentina seçməsini 1958-ci ildə Çexoslovakiya, 2009-cu ildə isə Boliviya oxşar hesabla məğlub etmişdi.

Milli.Az